CƏMİYYƏT


Şəkidə aşkarlanan ayı reabilitasiyadan sonra təbiətə buraxılacaq

Mayın 31-də Şəki şəhərinin mərkəzində aşkarlanan qonur ayı baytar həkimlərin nəzarətindədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilən ayı normal qidalanır və vəziyyəti getdikcə yaxşılaşır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, qonur ayı Vəhşi Təbiətin Bərpası Mərkəzinə gətirilərkən vəziyyəti o qədər də yaxşı olmayıb. Onun baş nahiyəsində və gözündə xəsarətlər aşkarlanıb.