CƏMİYYƏT


Yaxın 2-3 gün ərzində hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqnozlar bürosunun şöbə müdiri Fərqanə Həsənova AZƏRTAC-a bildirib ki, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.