CƏMİYYƏT


Qubada oğurluq edən Sumqayıt sakinləri saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.