SİYASƏT


Prezident: Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa qısa müddət ərzində biz normal həyata qayıda bilərik

Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.
AZƏRTAC dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.