ELM VƏ TƏHSİL


Ucqar dağ rayonu olan Yardımlıda yeni məktəb binalarının tikintisi geniş vüsət alıb

Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumtəhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarında da məktəb tikintisi əsas yerlərdən birini tutur. Ucqar dağ rayonu olan Yardımlıda da yeni məktəb binaları tikilir, təhsilin maddi-texniki bazası gücləndirilir.