SİYASƏT


AZƏRTAC ilə VNA həm ikitərəfli formatda, həm də beynəlxalq media təşkilatları çərçivəsində uğurla əməkdaşlıq edir

Vyetnam Xəbər Agentliyinin (VNA) yaradılmasının 75 illiyi qeyd olunur.1945-ci ilin sentyabrında Vyetnamın sabiq Prezidenti Xo Şi Minin müstəqillik aktını elan etməsindən bir neçə gün sonra Vyetnam Xəbər Agentliyi VNTTX adı ilə öz xəbərlərini Vyetnam, ingilis və fransız dillərində yaymağa başlayıb.AZƏRTAC xəbər verir ki, Vyetnam Sosialist Respublikasının rəsmi xəbər agentliyi olan VNA media holdinqə 32 qurum, o cümlədən 5 redaksiya, nəşriyyat evi, 9 qəzet, televiziya kanalı və elektron portal daxildir.