Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti: İşğal olunmuş ərazilərdə qondarma hərbi təlimlərin təşkili bizə qarşı daha bir təxribatdır

25.09.2020 [14:30]

Xəbərin mətni

Ermənilərin danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səyləri göstərməsi idi. Bu da tərəfimizdən dərhal rədd edilmişdir və Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməmişdir. Başqa sözlə, onlar artıq uzun illərdir ki, mövcud olan danışıqların formatını dəyişmək istəyirdilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI