SİYASƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti: Hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir

Məlum olduğu kimi, sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ölkəmizin bütün ərazisində hərbi vəziyyət elan edilib. Xüsusi vurğulamaq istəyirəm ki, hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 27-də keçirilən brifinqdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Əjdər Babazadə deyib.