Ermənistan yeni humanitar atəşkəs rejimini pozaraq Tərtərə “Smerç” raketləri atıb
27.10.2020 [16:20]
Xəbərin mətni
Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriyadan, o cümlədən “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur. Oktyabrın 26-sı səhər saatlarından başlayaraq rayon ərazisinə, ümumilikdə, 160-dan çox mərmi, eləcə də 4 “Smerç” raketi düşüb.