CƏMİYYƏT


Düşmənin Tərtərə atdığı daha bir fosforlu mərmi zərərsizləşdirilib

Ermənistan ordusu bütün beynəlxalq hüquq normalarını pozaraq mülki əhalini hədəf seçməkdə davam edir. Hətta yaşayış məntəqələrinə fosforlu mərmilər atmaqdan belə çəkinmir. Ermənistan silahlı qüvvələri Tərtər rayonunda dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə edib. Rayonun Səhləbad kəndi ərazisinə atılmış artıq üçüncü fosforlu top mərmisi aşkarlanıb və zərərsizləşdirilib.