QAN YADDAŞI


Riga TV 24” telekanalında “Qara Yanvar. 2 Nömrəli İş” sənədli filmi nümayiş etdirilib

Qanlı Yanvar faciəsi ilə əlaqədar Latviyanın aparıcı “Riga TV 24” telekanalında “Qara Yanvar. 2 Nömrəli İş” sənədli filmi nümayiş etdirilib. Tarixi video-foto materiallar və hadisə şahidlərinin ifadələrinə əsaslanan və “1990-cı ildə Bakıda 20 Yanvar hadisələri” adı ilə təqdim edilən film latış dilinə tərcümə edilmiş və tərcümə subtitrlər ilə təqdim edilib.