ELM VƏ TƏHSİL


Məktəblərdə pandemiya rejiminin gözlənilməsinə nəzarət məqsədilə komissiyalar yaradılıb

İsmayıllı rayonunun təhsil müəssisələrində COVID-19 infeksiyasının profilaktikasına dair göstərişlər və hüquqi baza nəzərə alınmaqla, fevralın 1- dən I-IV siniflərdən başlanmaqla tədrisin əyani formada mərhələli təşkilinə ciddi hazırlıq işləri görülür.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumtəhsil ocaqlarında pandemiya rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə xüsusi komissiyalar yaradılıb.