Ağstafada toy mərasimi keçirən şəxslər məsuliyyətə cəlb olunublar
12.02.2021 [12:09]
Xəbərin mətni
Ağstafa Rayon Polis Şöbəsinə rayonun Köçəsgər kəndindəki fərdi evlərin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək toy mərasimini dayandırıb, mərasim iştirakçılarını polis şöbəsinə gətiriblər.