Azərbaycan Dövlət İnformasiya Agentliyi

Noyabrda evlənəcəkdi, amma Vətən sevgisini hər şeydən üstün tutdu

12.02.2021 [12:15]

Xəbərin mətni

Anası onun toy karvanını görmək istəyirdi, ancaq gələn şəhid karvanı oldu… Bir il idi nişanlısının gözünü yolda qoyan tabor komandiri, kapitan Cavid Mahmudov noyabrda özünə toy edib, sevib-seçdiyi qızla ailə həyatı quracaqdı. Amma Vətən sevgisini, hər şeydən uca tutdu.