Azərbaycan Dövlət İnformasiya Agentliyi

İvanovkalı gənclər: Qalib əsgərin sevincini sözlə ifadə etmək olmur

12.02.2021 [14:59]

Xəbərin mətni

Qələbə ilə başa çatan haqq savaşımızda talış, avar, ləzgi, yəhudi, bir sözlə, millətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları bir bayraq altında yumruq tək birləşərək düşmənə öz gücünü göstərdi. Vətən müharibəsində ölkəmizin digər azsaylı xalqları ilə yanaşı, rus (molokan) icmasının üzvləri də fədakarlıq edib, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıblar.AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanları arasında İsmayıllı rayon İvanovka kənd sakinləri - 24 yaşlı Sapunkov Oleq İvanoviç və 28 yaşlı Xaritonov Andrey Nikolayeviç də var.