CƏMİYYƏT


FHN Suraxanı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi fevralın 13-nə keçən gücə paytaxtın Suraxanı rayonu ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, fevralın 13-də gecə saatlarında Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 26 ünvanında yanğın baş verməsi barədə nazirliyin 112 - qaynar telefon xəttinə məlumat daxil olan kimi dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.