Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda dörd kiloqrama yaxın heroini satmaq istəyən şəxs saxlanılıb

13.02.2021 [13:57]

Xəbərin mətni

Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri keçiriblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Tural Məcidov saxlanılıb. Axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 835 qram olan heroin aşkarlanıb.