MƏDƏNİYYƏT


İğdırda “İrəvan rəsm sərgisi və tanıtma günləri”nə hazırlıq işlərinə başlanılıb

Türkiyənin İğdır şəhərində “İrəvan rəsm sərgisi və tanıtma günləri”nə hazırlıq prosesinə start verilib. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsalın AZƏRTAC-a verdiyi məlumata görə, tədbir çox sayda yerli qeyri-hökumət təşkilatı tərəfindən birgə təşkil olunub.