CƏMİYYƏT


Şəhidin həyat yoldaşı: Sonuncu dəfə danışanda məndən halallıq istədi...

Rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində torpaqlarımızı yağı düşməndən azad edərək Şanlı Qələbə qazandı. Məhz qəhrəman Azərbaycan əsgəri, hərbçisi sayəsində “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Qüdrətli Ordumuz 44 gündə hərb salnaməmizə tarix boyu danışılacaq Zəfər səhifələri yazdı. İşğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid gizir Xəyal Cəfərlidir.