Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində betonlama işləri aparılır
16.02.2021 [11:27]
Xəbərin mətni
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su sistemlərində təmir-bərpa işləri həyata keçirilir.Ölkəmizin əsas suvarma kanallarından olan Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərinin suvarılmasında mühüm rol oynayır.