CƏMİYYƏT


Abşeron rayonunda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Abşeron rayonu Xırdalan şəhərində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün bir nəfər şəxsə qarşı quldurluq ediblər. Hadisə zamanı dəstə üzvləri zərərçəkəni Xırdalan şəhəri ərazisinə gətirərək orada ona vintaçanla xəsarət yetirib 105 manatını və mobil telefonunu ələ keçiriblər.
Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polislər tərəfindən “isti” izlərlə keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Bayramov, Nəzrin Əliyeva, habelə Ramil Novruzov və Suat Əliyev saxlanılıblar. Qeyd edək ki, zərərçəkən şəxs dəstə üzvü olan N.Əliyevanın tanışı olub.
Araşdırma zamanı müəyyən edilib dəstə üzvləri zərərçəkəni paytaxt ərazisində Vasif Bayramova məxsus avtomobilə otuzduraraq Xırdalan şəhərinə gərtiriblər və orada qeyd edilən cinayəti həyata keçiriblər.