MÜSAHİBƏ


Keçmiş döyüşçü: Şahidi olduğum erməni vəhşiliyini heç vaxt unutmaram

Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin, həmçinin mülki əhalinin böyük rolu olub. Soyqırımı zamanı Ağdamdakı özünümüdafiə taborunun komandir müavini olmuş Şahbaz İbrahimov AZƏRTAC-ın müxbiri ilə söhbətində 29 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb.