ELM VƏ TƏHSİL


Yaşı bir əsrdən çox olan nadir kitablar

Bilik mənbəyi olan kitabları təkcə oxumaq yox, həm də qorumaq lazımdır. Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində yaşı bir əsrdən çox olan nadir kitablar 81 ildir qorunur. Mərkəzləşdirilmiş Kitabxana Sistemində bu il ilk dəfə olaraq kitab-abidələrin sərgisinin açılmağı nəzərdə tutulub.AZƏRTAC xəbər verir ki, Salyandakı bu kitabxana 1903-cü ildən fəaliyyət göstərir. 1985-ci ildən Nizami Gəncəvinin adını daşıyan kitabxana 5 şöbədən ibarət olmaqla, özündə 43 filialı birləşdirir.