CƏMİYYƏT


Şəmkirdə şəhid ailələrinə mənzillər verilib

Bu gün şəhid ailələrinə həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən yüksək diqqət və qayğı ilə yanaşılır. Qazilərimizin müalicəsinə, həmçinin şəhid ailələlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi önəm verilir. Bu işlərin davamı olaraq Novruz bayramı ərəfəsində Şəmkirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhid ailələrinə mənzillər təqdim edilib.