CƏMİYYƏT


Qəbiristanlıqda məzarların üzərindən gül oğurlayanlar saxlanıldı

Paytaxtın Yasamal rayonunda yerləşən qəbirstanlıqda məzarların üzərlərinə qoyulan gül dəstələrini oğurlayan şəxslər saxlanılıblar. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinləri Elşən Abduləliyev və Əli Əliyev tutularaq istintaqa təqdim olunublar.
Araşdırma zamanı onların müxtəlif vaxtlarda həmin qəbirstanlıqdan ümumi dəyəri 1300 manat olan gül dəstələrini oğurladıqları və paytaxtın müxtəlif yerlərində satdıqları məlum olub.