Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri davam edir

20.03.2021 [17:39]

Xəbərin mətni

Vətən müharibəsində xəsarət almış hərbi qulluqçular aidiyyəti qurumların təmsil olunduğu komissiya tərəfindən ziyarət olunmaqla, əyani müayinələr əsasında əlilliklərinin qiymətləndirilməsi işləri aparılır. Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər.
Prosesin operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə yerinə yetirilməsi diqqətdə saxlanır.