CƏMİYYƏT


İmişli sakinindən külli miqdarda narkotik vasitə götürülüb

İmişli sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib. Keçirilən əməliyyat zamanı heroin, metanfetamin və qurudulmuş marixuana zərərsizləşdirilərək dövriyyədən çıxarılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayon polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon sakini Hüseynli İbiş Adil oğlu üzərində heroin, metanfetamin və marixuana gəzdirdiyi üçün saxlanılıb.