CƏMİYYƏT


Vətən müharibəsində Zəfərin qazanılmasında səhiyyə işçilərinin də böyük payı var

Vətən müharibəsinin Zəfərlə başa çatmasında ordumuzla yanaşı, heç şübhəsiz, şəfqətli əlləri olan fədakar həkimlərimizin də xüsusi rolu var. Belə həkimlərimizdən biri də 1978-ci ildə Lənkəran şəhərində doğulan Nazim Əflatdin oğlu Kəlbiyevdir. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetində müalicə-proflaktika ixsitsası üzrə təhsil alan Nazim Kəlbiyev artıq 20 ildir Lənkəran səhiyyəsində həkim-cərrah kimi çalışır. 2002-2004-cü illərdə Ağdamda yerləşən hərbi hissələrin birində tibb xidməti zabiti kimi Vətənə olan borcunu şərəflə yerinə yetirib. 2012-ci ildən Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ümumi cərrahiyyə şöbəsinin rəhbəri olan Nazim Kəlbiyev Vətən müahribəsi başlayan gündən Müzəffər Ordumuzun sıralarında tibb xidməti baş leytenantı kimi əlindən gələni əsirgəməyib. O, Füzuli, Horadiz, Hadrut istiqamətində gedən döyüşlərdə yaxından iştirak edərək, yüzlərlə yaralı hərbçimizin döyüş meydanından təxliyəsində və yenidən həyata qayıtmasında böyük fədakarlıq göstərib.