Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir
14.10.2026 [17:20]
Xəbərin mətni
Tikinti sektorunda innovativ materialların tətbiqi, memarlığın yeni istiqamətləri və ekoloji dayanıqlılığın təmin olunması qarşıda duran mühüm vəzifələrdəndir. Xüsusilə yeni tikinti materiallarının yaradılması zamanı müasir standartlara və ətraf mühitin qorunması tələblərinə ciddi əməl edilməlidir. Bu sözləri Bakı Mühəndislik Universitetinin “Memarlıq və inşaat” fakültəsinin “Dizayn” kafedrasının dosenti Yasin Xəlilov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “İnşaatın gələcəyi: İnnovasiya və yeni trendlər” mövzusundakı panel müzakirəsində deyib.