Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir
14.10.2026 [17:01]
Xəbərin mətni
Tikinti sektorunda dayanıqlı inkişaf və yaşıl transformasiya məsələləri müasir dövrdə qlobal miqyasda hər bir ölkənin gündəliyində duran əsas prioritetlərdəndir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri zamanı da ekoloji tələblərin qorunması və müasir standartların tətbiqi xüsusi diqqət mərkəzindədir. Bu sözləri dayanıqlı inkişaf üzrə ekspert Fəraim Əkbərov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Ekoloji cəhətdən təmiz tikinti materialları və enerjiyə qənaət edən həllər” mövzusundakı innovasiya sessiyasında deyib.