Azərbaycan Dövlət İnformasiya Agentliyi

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

14.10.2026 [17:14]

Xəbərin mətni

Azərbaycanda sement sənayesinin inkişafı, karbon emissiyalarının azaldılması, eləcə də ekoloji cəhətdən təmiz və dayanıqlı tikinti materiallarının istehsalı ölkə iqtisadiyyatının əsas prioritetlərindəndir. Bu istiqamətdə müasir texnologiyaların tətbiqi və yaşıl enerji həllərinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu sözləri “Norm” ASC-nin baş icraçı direktoru Henning Sasse Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Ekoloji cəhətdən təmiz tikinti materialları və enerjiyə qənaət edən həllər” mövzusundakı innovasiya sessiyasında deyib.