CƏMİYYƏT


FHN: Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mürəkkəb relyefin, isti və küləkli hava şəraitinin yanğının söndürülməsinə mane olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin əraziyə cəlb olunmuş qüvvələrinin peşəkar fəaliyyəti nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.