Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO-nun konfransı çərçivəsində Elnur Məmmədov San-Marinonun təhsil və mədəniyyət naziri ilə görüşüb

12.11.2021 [11:42]

Xəbərin mətni

UNESCO-nun Baş Konfransının 41-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov San-Marinonun təhsil və mədəniyyət, universitetlər və elmi tədqiqatlar naziri Andrea Beluzzi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev və Daimi Nümayəndəliyin diplomatı Nigar Qurbanova iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI