MƏDƏNİYYƏT


Nizami məqbərəsinin faciəvi tarixi

Dahi şair Nizami Gəncəvinin vəfatından sonra XIII əsrin əvvəllərində tikilən məqbərəsi Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan tərəfindən ona hədiyyə edilmiş Həmdünyan, yəni indiki Əhmədli kəndinin ərazisində yerləşir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli əhali bu əraziyə “Şıx düzü” və ya “Şeyx düzü” də deyir. Burada aparılan arxeoloji qazıntılar sübut edir ki, ərazi vaxtilə Gəncə şəhərinin müqəddəs yerlərindən olub. Nizaminin vəfatından sonra məzarı ziyarətgaha çevrilib. Dövrün alimləri və tanınmış şəxsləri də bu ərazidə dəfn edilib.