SİYASƏT


YAP-ın təşkilatçılığı ilə "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı konfrans keçirilib

Tədbirdə YAP Mərkəzi Aparatının təmsilçiləri, partiyanın İdarə Heyətinin üzvləri, dövlət və hökumət qurumlarının rəhbər işçiləri, YAP-dan olan deputatlar, elm və təhsil müəssisələrinin, həmçinin media nümayəndələri iştirak ediblər.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevin moderatorluq etdiyi elmi-praktik konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın yeni reallıqlar şəraitində praqmatik dövlət siyasətini həyata keçirdiyini bildirib.