SİYASƏT


Azərbaycanın Müstəqillik Günü Koreya Respublikasında qeyd olunub

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi 28 May - Müstəqillik Günü və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Seulda rəsmi qəbul keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Koreya Respublikasının dövlət və hökumət rəsmiləri, Koreya Respublikası Prezidenti yanında Şimal İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Park Conq-su, Dünya Taekvondo Federasiyasının prezidenti Çou Çonqvon, Koreya İdxalçılar Assosiasiyasının prezidenti Kim Byonq-kvan, Seulda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, media nümayəndələri, iri şirkətlərin, elm təşkilatlarının, ali təhsil ocaqlarının və beyin mərkəzlərinin təmsilçiləri, Koreyada təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.