SİYASƏT


Latviyada Müstəqillik Günü və “Şuşa İli” münasibətilə tədbirlər keçirilib

Mayın 27-də Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən Riqada yerləşən tarixi-memarlıq abidəsi Kiçik Gildiyada 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Latviyanın nəqliyyat naziri, Azərbaycan-Latviya hökumətlərarası komissiyasının latviyalı həmsədri Talis Linkaits, Latviya Prezidentinin xarici məsələlər üzrə müşaviri Solveiqa Silkalna, Latviya Xarici İşlər Nazirliyi, Seymi və bir sıra digər dövlət strukturlarının rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diaspor təşkilatlarının üzvləri iştirak ediblər.