SİYASƏT


Efiopiyada Müstəqillik Günü və “Şuşa İli”nə həsr olunmuş qəbul mərasimi keçirilib

Efiopiyanın Əddis-Əbəbə şəhərində 28 May - Müstəqillik Günü və “Şuşa İli”nə həsr olunmuş rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda Efiopiyanın Xarici İşlər Nazirliyinin Amerika və Avropa İşləri üzrə baş direktorunun müavini səfir Eyerusalem Amdemaryam ilə yanaşı, Efiopiya Parlamentinin nümayəndələri, habelə yerli dövlət orqanlarının rəhbər şəxsləri, Əddis-Əbəbədə və Afrika İttifaqı Komissiyasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycanın institut və universitetilərinin efiopiyalı məzunları, işgüzar dairələrin, media və QHT-lərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.