Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın kollektivi şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsini ehtiramla anıb

04.06.2022 [17:08]

Xəbərin mətni

Mətbuat tariximizə əlamətdar günlərlə yanaşı, acı günlər də yazılıb. Bir il əvvəl 2021-ci il iyunun 4-ü belə günlərdən biridir.
Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində həmin gün minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.