Martin Bruin: Şuşa istiqamətində velosipedçiləri yoxuş boyu çətin yarış gözləyir
08.07.2022 [13:08]
Xəbərin mətni
“Tour d`Azerbaidjan” tarixində yeni dövr başlayır. Bu yarışı sonuncu dəfə 5 il əvvəl keçirmişdik. Bizim üçün böyük məsuliyyətdir. Yarışa qoşulmaq üçün çox həyəcanlıyam.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 9-10-da keçiriləcək “Əziz Şuşa” beynəlxalq velosiped turnirinə həsr olunan mətbuat konfransında yarışın niderlandlı baş hakimi Martin Bruin deyib.