Astaranın sitrus bağlarında naringi yığımına başlanılıb
20.10.2022 [14:57]
Xəbərin mətni
Bir neçə gündür Astaranın sitrus bağlarında naringinin tez yetişən sortunun yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, sitrus bağlarında naringi yığımı əsasən dağətəyi kəndlərdə aparılır. Yerli naringi sortları gec yetişdiyindən indi bağlarda “Karli” sortu yığılır. Hazırda 50 hektar sahədən 40 tondan çox məhsul yığılıb.