Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Əl-Nəsr" klubu yeni transferi Kriştiano Ronaldonu təqdim edib

04.01.2023 [10:41]

Xəbərin mətni

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu yeni transferi Kriştiano Ronaldonu təqdim edib.AZƏRTAC xəbər verir ki, təqdimatda 37 yaşlı hücumçu və komandanın baş məşqçisi Rudi Qarsiya çıxış ediblər. Ronaldo bir çox klubdan təklif aldığını, ancaq "Əl-Nəsr"i seçdiyini deyib. O, düzgün qərar verdiyindən əmin olduğunu bildirib.Qeyd edək ki, portuqaliyalı futbolçu "Əl-Nəsr"lə ikiillik müqavilə imzalayıb.