Azərbaycan Ağır Atletika Federasiyası “Təkan” platformasını istifadəyə verib
17.01.2023 [15:51]
Xəbərin mətni
Yanvar ayının 17-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Gənclər və İdman Nazirliyinin də tərəfdaşı olduğu “Təkan” layihəsinin təqdimat mərasimi keçirilib. AAAF-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ötən il beynəlxalq arenalarda qazanılan uğurlar, istifadəyə verilən zallar, həmçinin bölgələrdə görülən işlər barədə məlumat verilib.