İDMAN


“Land of Fire” qarüstü polo üzrə dünya kuboku yarışlarında mübarizəyə başlayır

İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 38-ci dünya kuboku yarışlarına start verilib. AZƏRTAC xəbər verir ki, 6 kollektivin iştirak etdiyi turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir. Yanvarın 26-da yarış öncəsi keçirilmiş yoldaşlıq oyununda təmsilçimiz ABŞ-ın “World Polo League” komandası ilə qarşılaşıb.