CƏMİYYƏT


“Şahdağ” Milli Parkında 7 hektar sahədə xəzəl, quru ot, kol-kos və ağac kötükləri yanıb

Havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Şahdağ” Milli Parkı ərazisində baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində təqribən 7 hektar sahədə xəzəl, quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.