Azərbaycan Dövlət İnformasiya Agentliyi

Jan-Emmanuel Medina: Xocalı qırğınının arxasında Ermənistanın ərazi iddiası dayanırdı

26.02.2023 [17:38]

Xəbərin mətni

Xocalıda azərbaycanlılara qarşı kütləvi qırğının törədilməsi ermənilərin məqsədinin ərazi işğalı olduğunu aydın göstərir.
Bu fikri AZƏRTAC-a müsahibəsində yenicə işıq üzü görmüş “Sivilizasiyaların toqquşmasından sonra Pan-Antropik konvergensiya“ adlı kitabın müəllifi, fransalı vəkil Jan-Emmanuel Medina söyləyib.
Ermənistanın tarixən Şərqi Anadolu, Gürcüstan və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edərək, torpaqlarını genişləndirməyə çalışdığını xatırladan fransalı vəkil kitabında Xocalı qırğını haqqında da ətraflı məlumat verib.