Şahzadə Turki Al Faysal Al Saud Füzuli rayonuna səfər edib
08.03.2023 [16:54]
Xəbərin mətni
Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Ermənistanın işğalından azad olunmuş Füzuli rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gələn qonağa Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə məlumat verilib.