Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

14.10.2026 [15:29]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesləri çərçivəsində dövlət proqramlarının icrası ilə yanaşı, özəl sektor da mühüm layihələrə dəstək göstərir. Bu istiqamətdə insan kapitalının inkişafı və kadr potensialının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. AZƏRTAC xəbər verir ki, bu sözləri “PAŞA Bank”ın insan resursları departamentinin direktoru Zibeydə Hacıyeva Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.