İDMAN


Milli Paralimpiya Komitəsi Ajan aqlomerasiyası ilə anlaşma memorandumu imzalayıb

Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Ajan (Agen) aqlomerasiyası arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, azərbaycanlı paralimpiyaçıların Paris-2024 Paralimpiya Oyunlarına qatılması ərəfəsində Ajan aqlomerasiyasında hazırlıq keçmələri barədə razılıq əldə edilib.