CƏMİYYƏT
Evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub
27.03.2023 [11:24]
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölməyə qəsəbə sakini Ramil Quliyevin yaşadığı evin zirzəmisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Polislər tərəfindən evə baxış zamanı həmin zirzəmidən Ramil Quliyevin kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 35 kiloqram olan 99 ədəd çətənə kolu, narkotik tərkibli bitkilərin toxumları və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub.
09.10.2024 [20:16]
09.10.2024 [18:20]
09.10.2024 [10:04]
08.10.2024 [18:45]
08.10.2024 [18:40]
07.10.2024 [19:41]
07.10.2024 [16:29]
04.10.2024 [13:24]
04.10.2024 [13:19]
26.09.2024 [23:51]
08.10.2024 [17:18]
07.10.2024 [19:33]
07.10.2024 [17:27]
07.10.2024 [17:10]
23.09.2024 [11:32]